29 Sentyabr 2024
Kateqoriyasız

“İnter”in bütün rəqibləri müəyyənləşdi

Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “İnter” klubunun  yoldaşlıq oyunlarındakı bütün rəqibləri məlum olub

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komandamız yanvarın 13-də Almaniya “Verder”inin ikinci komandası ilə, yanvarın 15-də “Verder”in əsas komandası ilə, yanvarın 19-da “Slovan”la (Sloveniya), yanvarın 23-də isə Atırau” (Qazaxıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki,  “İnter” – “Verder” (əvəzedicicilər) Bakı vaxtı ilə saat 17:00-da, “İnter” – “Verder” (əsas komanda) saat 14:00-da başlayacaq. Digər iki matçın başlama saatı hələ müəyyənləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43