Ölkə futbolu

“İnter”in futbolçusu püşkü dəyərləndirdi: “Sözümüzü meydanda deyəcəyik”

"Püşk barədə bilmirəm nə deyim… Tanış rəqib deyil bizə. Avropada tanınmış klub olmasalar da ciddi yanaşmalıyıq. Rəqibə hörmət edirik. İnanıram ki, qələbə qazanıb, ikinci mərhələyə adalayn biz olacağıq".

Bu sözləri idmanxeber.com-a "İnter"in futbolçusu Coşqun Diniyev deyib.

Bank klubunun üzvü Avroliqanın püşkatmasından sonra onlara rəqib olan "Tiraspol" haqda danışarkən, daha sonra bunları dedi:

"Təbii ki, tur adlamaq asan olmayacaq. Ancaq biz sözümüzü meydanda demək istəyirik. Rəqibə hörmət etsək də, biz onları yenməyə borcluyuq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43