Dünyadan

“İnter”in futbolçusu: “Qarabağ”la oyunda qələbə qazanacağımıza əminəm”

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “İnter” klubunun yarımmüdafiəçisi Yann M`Vila matç öncəsi mətbuata açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu bu fikirləri səsləndirib:

“İtaliya çempionatının oyunları bizim üçün böyük önəm kəsb edir. Amma bu o demək deyil ki, Avropa Liqasında iddialı deyilik. Bu turnirdə də birinci olmaq arzusundayıq. Qrup mərhələsinin son oyununda da qələbə qazanacağımıza əminəm. Roberto Mançini bütün görüşləri qalib başa vurmağımızı istəyir”.

Qeyd edək ki, “Qarabağ” – “İnter” görüşü 11 dekabr saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43