Ölkə futbolu

“İnter”in ilk cəhdi uğursuz alındı,: növbəti hədəf kim olacaq?

UEFA Avropa Liqasında ölkəmizi təmsil edəcək “İnter”in heyətinə qatmaq istədiyi Benin əsilli fransalı Omar Kossoko ilə danışıqlar müsbət sonlanmayıb.

İdmanxeber.com-un məlumatına görə, Sofiya ÇSKA-asının şərəfini qoruyan Kossokonun meneceri ilə ortaq məxərəcə gələ bilməyən “bankirlər” danışıqları dondurub.

Hazırda Türkiyənin İzmit şəhərində təlim-məşq toplantısında olan Bank klubu hücumçu axtarışlarını davam etdirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43