Ölkə futbolu

“İnter”in məşqçisi: “Baş məşqçi matçın gedişində iki düzgün əvəzetmə etdi”

Topaz Premyer Liqasının 17-ci turunda “İnter” “Neftçi” üzərində 2-1 hesablı qələbə qazandı.

İdmanxeber.com-un məlumatına görə, “İnter”in məşqçisi Roman Cəfərov matçdan sonra bu sözləri deyib:

“İnter” oyun ərzində topa daha çox nəzarət etdi. Oyun çox maraqlı keçdi. İlk hissədə bir səhvimiz oldu və bu da qolla nəticələndi. Baş məşqçi matçın gedişində iki düzgün əvəzetmə etdi. Bu əvəzetmələr nəticədə özünü göstərdi. Futbolçuların çıxışından razıyam, onlara təşəkkür edirəm”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43