Dünya futbolu

“İnter”in prezidenti Xamesin transfer edilməsi üçün Florentino Perezlə görüşdü

“Real”ın yarımmüdafiəçisi Xames Rodriges “İnter”in maraq dairəsindədir.

İdmanxeber.com-un məlumatına görə “Suning Commerce Group” şirkətinin və həmçinin “İnter” klubunun sahibi Jan Zindun İspaniya paytaxtında olub. Onun gəlişinin məqsədi İspaniya çempionatının oyunlarının Çində yayım hüququ məsələsi olub.

Bu danışıqlardan əlavə, Zindun Madrid “Real”ının prezidenti Florentino Pereslə də görüşüb. Görüşün əsas səbəblərindən biri Xames Rodrigesin transferinin həll edilməsi olub.Məlumata görə Peres Xamesin transferində maraqlı deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43