Ölkə futbolu

“İnter”in qış hazırlıq planı bəlli oldu

“İnter” klubunun qış hazırlıq planı məlum olub.

İdmanxeber.com-un  klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sabah Premyer Liqanın 18-ci turunda “Qəbələ” ilə görüşdən sonra “İnter”in futbolçuları istirahətə göndəriləcək.

2015-ci il yanvarın ayının 2-də komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələcəklər. Məşq prosesi yanvarın 3-də başlayacaq.

İlk yoxlama görüşünün yanvarın 6-da keçirilməsi gözlənilir. Digər yoxlama oyunları barədə məlumat veriləcək. Komanda yanvarın 24-də vətənə qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43