Ölkə futbolu

“İnter”in Ruslanı danışdı: “Neftçi”nin bəxti gətirdi”

“İnter”in futbolçusu Ruslan Əmircanov “Neftçi”ylə kubok oyunundan sonra idmanxeber.com-a açıqlama verib.

“Bankirlər”in üzvü qələbə qazanmaları üçün sadəcə bəxtlərinin gətirmədiyini qeyd edərək, cavab görüşündə yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib:

“Kubok iki oyunudan ibarətdi. Hələ heç nə itirilməyib. “Neftçi” bizim qapımızda cəmi bir qol imkanı yaratdı və həmin epizodda da Nasimovu gözdən qaçırdıq. Başqa bizim qapımızın ağzında başqa təhlükəli epizod görmədim. Mənim də qol imkanım oldu. Çox təəssüflənirəm ki, həmin anda qol vura bilmədim. Bu oyunda biz “Neftçi”dən üstün oynadıq. “Neftçi”nin bəxti gətirdi ki, biz bir neçə qol imkanlarımızı sağa-sola xərclədik. Əgər evdə göstərdiyimiz oyun kimi səfərdə də oynaya bilsək, müsbət nəticə qazana bilərik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43