Kateqoriyasız

“İnter”in tarixində ilk paraqvayılı

Premyer Liqanın 31-ci turu çərçivəsində keçirilən “Bakı” – “İnter” oyunu”bankirlər” üçün bir sıra statistik göstəricilərlə əlamətdar oldu.

İdmanxeber.com-un məlumatına görə, belə ki, görüşdə fərqlənmiş Derlis Meza Kolli Azərbaycan Çempionatda “İnter” üçün qol vurmuş sayca 84-cü futbolçu oldu. Bu oyunçu ölkə çempionatında “İnter”in formasında qol vurmuş ilk paraqvaylı futbolçu kimi tarixə düşdü.

Xatırladaq ki, hazırda komandada oynayan və aktivində 31 qol olan Baçana Tsxadadze “İnter”in ən yaxşı bombardiridir.

Qeyd edək ki, klubumun tarixində yerli futbolçulardan başqa Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Latviyadan, Moldovadan, Braziliyadan, Gürcüstandan, Estoniyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan, Xorvatiyadan, Kosta-Rikadan,Fransadan və İspaniyadan olan futbolçular da fərqlənmişlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43