Ölkə futbolu

“İnter”in yeni baş məşqçisi məlum oldu- Rəsmi

Məlum olduğu kimi, “İnter”in baş məşqiçisi Kaxaber Tsxadadze mövsümün sonunadək “bankirlər” komandasını və Gürcüstan millisini çalışdıracaq.

Buna görə də, texniki heyət Marino Pusicin simasında əlavə köməkçi məşqçilə gücləndiriləcək.

Marino Pusic 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Proffesional futbolçu kimi o, “Red Star”(Belqrad), “Velez” (Mostar, Bosniya və Hersoqovina), “FC Köln”(Almaniya), “De Graafschap”(Hollandiya), “Go Ahead Eagles” (Hollandiya) kimi klublarda və iki oyun Bosniya və Hersoqovina yığmasında çıxış edib. Marino Pusic 2009-2013-cü illərdə “Vitesse Arnhem”(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə  UEFA Pro lisenziyasını alıb. 2013- cü ilin iyulun 1- dən 2014-cü ilin oktaybr ayınadək  “NAC Breda” (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

“İnter” komandasının idman direktoru Roland Vroomans Marino Pusic haqqında klubun rəsmi saytına bunları açıqladı:

“Biz onu  mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda biz komandanın yeni texniki heyətini gələcək bir nece il ərzində formalaşdıra bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43