Dünyadan

“İnter”in yeni baş məşqçisi rəsmən açıqlandı

İtaliyanın “İnter” klubunun yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, “neradzurra”nın boş qalmış baş məşqçi postuna Stefano Pioli gətirilib.

Frank de Burun istefasından sonra Milan təmsilçisinin sükanı arxasına keçən Pioli ilə 1.5 illik müqavilə imzalanıb.

Piolinin son klubu “Latsio” olub.

Qeyd edək ki, 12 turdan sonra hesabında 17 xal olan “İnter” 9-cu pillədə qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43