Ölkə futbolu

“İnter”in yeni transferi “Küncdən zərbə”də danışdı – VİDEO

“İnter”PİK-in nəzdində fəaliyyət göstərən İnterTV internet televiziyasında yeni layihəyə start verildi.

“Küncdən zərbə” adlanan verilişə “İnter”in əsas komandasının məşqçiləri və futbolçularıyla yanaşı, əvəzedici heyətin məşqçi və oyunçuları, o cümlədən futbol mütəxəssisləri və KİV nümayəndələri, azarkeşlər də dəvət olunacaqlar. Veriliş klubun Youtube internet-servisindəki rəsmi səhifəsi vasitəsilə canlı yayınlanır. Hər həftə efirə gedəcək veriliş zamanı tamaşaçılar “Inter”PİK-in Facebook sosial şəbəkəsindəki səhifəsi vasitəsilə qonağa və ya qonaqlara birbaşa sual vermək imkanı əldə edəcəklər. Canlı efir başa çatdıqdan sonra verilişin videoyazısı “İnter”PİK-in sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdiriləcək.

Əlavə edək ki, bu gün “Küncdən zərbə” verilişinin ilk qonağı “İnter” komandasının yeni transferi Ruben Schaken oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43