Premyer Liqa

“İnter”lə matç öncəsi “Sumqayıt”da ciddi itkilər

Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “İnter”in qonağı olacaq “Sumqayıt” hazırlıqlarını davam etdirir.

İdmaxneber.com-un məlumatına görə, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov sözegedən qarşılaşmada iki futbolçusunun ximdətindən istifadə edə bilməyəcək. Belə ki, zədəli Mikayıl Rəhimov və Vaquf Güləliyev komanda ilə birlikdə məşq edə bilmirlər.

Rəhimov yaxın günlərdə komanda ilə birgə məşqlərə qoşulacaqsa, Güləliyev mövsümün sonuna qədər zədəsini bərpa etməli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43