Premyer Liqa

“İnter”lə oyun öncəsi “Kəpəz”də itkilər var

Azərbaycan Premyer Liqasının IX turunda “İnter” ilə keçiriləcək oyun üçün “Kəpəz” Gəncədədir.

İdmanxeber.com-un məlumatına görə, komanda ötən gün oyunun keçiriləcəyi şəhər stadionunda son məşqə çıxıb.

Hazırlıq prosesi uzun sürməyib. Futbolçular təxminən 45 dəqiqə yüngül formada məşq ediblər. “İnter”ə qarşı görüşdə zədəli olan Şəhriyar Əliyev, Dario Frederiko və Vüqar Bəybalayev komandaya kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43