Kateqoriyasız

“İnter”lə və “Qəbələ”nin Avropa Liqasında bütün potensial rəqibləri bəlli oldu

Məlum olduğu kimi, iyulun 3-də Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "İnter"lə "Qəbələ" bu turnirin ilk təsnifat mərhələsində mübarizəyə başlayacaqlar.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, birinci təsnifat mərhələsində 33 ölkədən olan 78 komanda çıxış edəcək.



Bu komandalar iki səbətə bölünəcək: səpələnmiş (əmsalı yüksək olan klublar) və səpələnməmiş (əmsalı aşağı olan klublar). Püşkün nəticəsində müxtəlif səbətlərdə yer alan komandalar bir-biriylə mübarizə aparacaq. Keçiriləcək ev və səfər matçlarında daha üstün olan 39 klub növbəti mərhələyə vəsiqə qazanacaq, məğlub olanlar isə Avropa Liqası ilə vidalaşmalı olacaqlar.



Turnirin birinci təsnifat mərhələsində bu komandalar iştirak edəcək: 20- komanda – UEFA-nın əmsallar cədvəlində 35-54-cü yerləri tutan ölkələrin kubokunun sahibləri, 26 komanda – UEFA-nın əmsallar cədvəlində 28-53-cü yerləri tutan ölkələrini çempionatlarının gümüş mükafatçıları (Lixtenşteyndən savayı), 29 komanda – UEFA-nın əmsallar cədvəlində 22-51-ci yerləri tutan ölkələrinin çempionatlarının bürünc mükafatçıları (Lixtenşteyndən savayı) və Feyr Pley reytinqinin nəticəsinə əsasən ən yaxşı 3 klub. Həmin nominasiyada bu mövsüm Finlyandiyanın MÜPA, Norveçin "Tromse" və İsveçin "Brommapoykarna" klubları Avroliqaya vəsiqə əldə ediblər.



Sevindirici haldı ki, əmsalı yüksək olan klublar arasında Bakı "İnter"inin də adı var. Bu amil isə komandamıza daha zəif rəqiblə qarşılaşmaq şansını yaradır. Kaxaber Sxadadzenin yetirmələri 4,325 əmsala malikdilər ki, bu nəticə onları səpələnmiş klublar siyahısının 13-cü pilləsində qərarlaşmasına imkan yaradır. "Qəbələ"də isə vəziyyət əksinədi. İlk dəfə Azərbaycanı Avropada təmsil edəcək komandamız səpələnməmiş klubların sırasındadı. Bu isə "Qəbələ"nin özündən daha reytinqli, güclü rəqiblə qarşılaşacaağı deməkdi.



Aşağıdakı siyahıda Avropa Liqasının birinci təsnifat mərhələsinin səpələnmiş və səpələnməmiş klubların siyahısıyla tanış ola bilərsiz:

y

komanda

əmsal

y

komanda

əmsal

Səpələnmişlər

Səpələnməmişlər

1

Rusenborq (Norveç)

11.355

40

Dyosqyor (Macarıstan)

2.325

2

Tromse (Norveç)

8.355

41

Şkendiya (Makedoniya)

2.300

3

Liteks (Bolqarıstan)

7.625

42

Fola (Lüksemburq)

2.225

4

Ekranas (Litva)

7.050

43

Kruzeyders (Şimali İrlandiya)

2.225

5

Hafnarfyordur (İslandiya)

5.850

44

Sent-Culiya (Andorra)

2.166

6

Göteborq (İsveç)

5.765

45

Şırak (Ermənistan)

2.075

7

Jelezniçar (Bosniya)

5.500

46

Veris (Moldova)

2.075

8

Şaxtyor (Qazaxıstan)

5.400

47

Qəbələ (Azərbaycan)

2.075

9

Spartak (Slovakiya)

5.200

48

Mika (Ermənistan)

2.075

10

Differdanj (Lüksemburq)

4.975

49

Derri Siti (İrlandiya)

2.025

11

Split (Xorvatiya)

4.925

50

Sioni (Gürcüstan)

1.975

12

Linfild (Şimali İrlandiya)

4.475

51

Hibernians (Malta)

1.966

13

İnter (Azərbaycan)

4.325

52

Slima Uonderers (Malta)

1.966

14

Pünik (Ermənistan)

4.325

53

Çelik (Çernoqoriya)

1.950

15

Aberdin (Şotlandiya)

4.313

54

Astana (Qazaxıstan)

1.900

16

Şiroki Briyeq (Bosniya)

4.250

55

Fram (İslandiya)

1.850

17

Botev (Bolqarıstan)

4.125

56

Yelqava (Latviya)

1.750

18

Honka (Finlyandiya)

3.935

57

Vikinqur (Farer adaları)

1.675

19

Slayqo Rovers (İrlandiya)

3.775

58

Kayrat (Qazaxıstan)

1.650

20

Birkirkara (Malta)

3.716

59

Laçi (Albaniya)

1.600

21

Buduçnost (Çernoqoriya)

3.700

60

Turnovo (Makedoniya)

1.550

22

Vaduts (Lixtenşteyn)

3.650

61

Dandalk (İrlandiya)

1.525

23

Yaqodina (Serbiya)

3.575

62

VPS (Finlyandiya)

1.435

24

Koper (Sloveniya)

3.450

63

Styarnar (Farer adaları)

1.350

25

Banqor Siti (Uels)

3.350

64

Banqa (Litva)

1.300

26

Brommapoykarna (İsveç)

3.265

65

Dauqava (Latviya)

1.250

27

Zimbru (Moldova)

3.075

66

Lovçen (Çernoqoriya)

1.200

28

MÜPA (Finlandiya)

2.935

67

Torshavn (Farer adaları)

1.175

29

Hauqesun (Norveç)

2.855

68

UE Santa  Koloma (Andorra)

1.166

30

Nomme Kalyu (Estoniya)

2.825

69

Sillamae Kalev (Estoniya)

1.075

31

Ferençvaroş (Macarıstan)

2.825

70

Atlantas (Litva)

1.050

32

Dauqava (Latviya)

2.750

71

Fuqlarfyordur (Farer adaları)

0.925

33

Jeness (Lüksemburq)

2.750

72

Eyrbus (Uels)

 0.850

34

Rudar (Sloveniya)

2.700

73

Qlenavon (Şimali İrlandiya)

0.725

35

Kukesi (Albaniya)

2.600

74

Libertas (San Marino)

0.699

36

Metallurq (Makedoniya)

2.550

75

Aberistuit Taun (Uels)

0.600

37

Çixura (Gürcüstan)

 2.475

76

Santos Tartu (Estoniya)

0.575

38

Flamurtari (Albaniya)

2.350

77

Folqore (San Marino)

0.199

39

Tiraspol (Moldova)

2.325

78

Kollec Avropa (Cəbəllütariq)

0.000

Gördüyünüz kimi, səpələnməmiş klubların sayı 39-du. Lakin "İnter"in cəmi 36 potensial rəqibi var. Ona görə ki, komandamız digər Azərbaycan təmsilçisi “Qəbələ” ilə qarşılaşa bilməz. Bundan başqa, UEFA-nın qərarına  görə Azərbaycan və Ermənistan klubları qitəmiqyaslı yarışlarda bir-biri ilə üz-üzə gələ bilməzlər. Səpələnməmişlər arasında məhz 2 erməni komandası var. Püşk keçirilən günü (iyunun 23-də) komandamızın potensial rəqiblərinin siyahısı daha da qısalaraq 5-ə və ya 6-ya bərabər olacaq. Belə ki, “İnter”  səpələnməmiş səbətin əvvəlcədən seçilən 5 və ya 6 klubdan biri ilə üz-üzə gələcək. Eyni amillər "Qəbələ"nin rəqibləri müəyyənləşərkən də nəzərə alınacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43