Ölkə futbolu

“İnter”li futbolçunun cəzası ləğv edildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda “Təhsil” Respublika İdman Mərkəzinin məşqçi Tural Kərimovla bağlı müraciətinə və “İnter” PİK-in U-17 komandasının futbolçusu Riyad Abbaszadənin müraciətinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin “Təhsil” Respublika İdman Mərkəzinin məşqçisi Tural Kərimovla bağlı çıxardığı qərar qüvvədə saxlanılsın.

2. “İnter” PİK-in U-17 komandasının futbolçusu Riyad Abbaszadə barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq  6 aylıq  sınaq müddəti təyin olunmaqla verilmiş cəzadan azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Riyad Abbaszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43