Ölkə futbolu

İntizam Komitəsi qərarlarını açıqladı – “Qarabağ” cəzalandırıldı

AFFA İntizam Komitəsinin qərarları açıqlandı
İdmanxeber.az-ın məlumatına görə, 4 avqust 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun I turunun “Şüvəlan” – “Sumqayıt-2” matçının 36-cı dəqiqəsində “Sumqayıt-2” klubunun 6 №-li futbolçusu Səbuhi Abdullazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
23 avqust 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun I turunun “Qaradağ-Lökbatan” – “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
25 avqust 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının III turunun “Zirə” – “Sabah” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
25 avqust 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının III turunun “Qəbələ” – “Sumqayıt” matçının 77-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
26 avqust 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının III turunun  “Qarabağ” – “Neftçi” matçının 66-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
Oyunun 70-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
27 avqust 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun II turunun “Qarabağ-2” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
27 avqust 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun II turunun “Neftçi-2” – “Sabah-2” matçının 66-cı dəqiqəsində “Sabah-2” klubunun məşqçisi Alim Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 80 manat cərimə olunur (maddə 62).
28 avqust 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun II turunun “Keşlə-2” – “Sumqayıt-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır,  klub 320 manat cərimə olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun icraçı direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub, hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır sanksiya gözləyir.
Oyunun hakimi və hakim-inspektoru haqqında müvafiq olaraq hakimlər komitəsi və hakim-inspektorlar komitəsi lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Oxşar xəbərlər

Premyer Liqanın oyun cədvəli müəyyənləşdi – “Qəbələ” doğma arenaya dönür, “Qarabağ” hələ də “Əlincə”də

admin

AFFA azarkeşlərə görə “Qarabağ”ı cəzalandırdı

admin

Filip Ozobiç: “Mənim üçün ən vacib məsələ “Qəbələ” ilə ölkə çempionu olmaqdır”

admin