Dünyadan

İnyestaya xüsusi mükafat

İspaniya millisi və “Barselona”nın futbolçusu Andres İnyestaya Kraliça Sofiya mükafatı təqdim edilib.

İdmanxeber.com-un məlumatına görə, o, buna 2015-ci ildə idmana xidmətlərinə görə layiq görülüb.

32 yaşlı futbolçunun mükafata layiq görüldüyü oktyabr ayından məlum idi. Lakin təqdimat dünən baş tutub. Mükafatı ona Madriddəki El-Pardo muzeyində təqdim ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43