01 Oktyabr 2024
Kateqoriyasız

İqor Yoviçeviç “Xəzər Lənkəran”ın futbolçularını təriflədi

“Karpatı” klubunun baş məşqçisi İqor Yoviçeviç “Xəzər Lənkəran”la oyundan sonra açıqlama verib. 

İdmanxeber.com-un məlumatına görə, məşqçi Cənub klubuna 1:2 uduzduqları oyunu şərh edib:

“Komandamız 90 dəqiqə mübarizə aparmağa hazır deyil. Bu amil “Xəzər Lənkəran”la oyunda özünü göstərdi.Rəqibə nisbətən biz daha yorğun idik. Onlar isə əksinə daha istəkli və hazır görünürdülər. “Xəzər Lənkəran” yaxşı komandadı və güclü futbolçuları var. Azərbaycan klubunun heyətindəki oyunçuların fiziki hazırlıqları yüksək səviyyədədi. Bizdən daha yaxşı oynadılar. Amma oyundan-oyuna komandam daha da artırır. Bunu hiss edirəm. Səhvlər üzərində işləyəcəyik. Hazırda isə daha çox fiziki hazırlıqlar üzərində çalışırıq”.

Qeyd edək ki, bu, “Xəzər”in yay fasiləsində ilk yoxlama görüşü idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43