Dünya futbolu

İquain London yolçusu

İngiltərənin “Arsenal” klubu Takuma Asano transferindən sonra hücumçus arayışlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, London təmsilçisi “Napoli”nin şərəfini qoruyan Qonzalo İquaini heyətinə cəlb etmək fikrindədir.

Uzun zamandır bahalı transferlər etmədiyi üçün qınaq obyektinə çevrilən Arsen Venqer argentinalı ulduz üçün 50 milyon avro verməyə hazırdır.

Qeyd edək ki, İquain ötən mövsüm “Napolinin heyətində 42 rəsmi matçda 38 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43