05 Oktyabr 2024
Dünya futbolu

İquayin “Napoli”dən ayrılır?

Cari
mövsümdə əla oyun nümayiş etdirən “Napoli”nin futbolçusu Qonzalo İquayin yeni
mövsümdən karyerasını başqa ölkədə davam etdirə bilər.

İdmanxeber.com-un
məlumatına görə, argentinalı futbolçu bir neçə gün öncə klubunun təklif etdiyi
yeni müqaviləni qəbul etməyib. Neapollular vəziyyəti dəyişmək üçün forvardın
atası Xorxe İquayinlə görüşsələr də, istəklərinə nail ola bilməyiblər.

Xorxe
mətbuata açıqlamasında yeni müqavilənin detallarının mövsüm sonunda müzakirə
ediləcəyini söyləsə də, onun artıq “Çelsi”, PSJ və “Real”dan gələn təklifləri dəyərləndirdiyi
söylənilir.

Qeyd
edək ki, cari mövsümdə 26 oyunda 24 dəfə fərqlənən Qonzalonun “Napoli” ilə
mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43