Müsahibə

“İran çempionatı Azərbaycan Premyer Liqasından daha güclüdü” (MÜSAHİBƏ)

“Rəvan”ın futbolçusu Amin Dağıstaninin İdmanxeber.com-a müsahibəsi.

– “Rəvan” autsayderdi. Komanda sonuncu pillədədi və diviziona düşmə ehtimalı var. Növbəti mövsümdə də klubda qalmağı düşünürsən?

Mən yanvarda 6 aylıq müqavilə imzalamışam. Müqaviləm bitdikdən sonra burda qalmağı düşünmürəm. Bilirəm ki, 1-ci divizionda oynamayacam.

– Klub rəhbərliyindən sərfəli təklif olsa belə getmək fikrini dəyişməyəcəksən?

Birinci divizionda olsa xeyir, qalmayacam. İranda da yaxşı pul verirlər. Mən bura gəlmişdim ki, Avropada tanınam. Premyer Liqada mübarizə aparsaq qalacam, əks halda gedəcəm.

– Azərbaycan və İran çempionatının səviyyəsini müqayisə etsək hansı daha maraqlıdı?

Belə görürəmki İran çempionatı daha güclüdü. İranda fiziki cəhətdən, burda isə texnika cəhətdən daha güclüdü.

– Klubun Premyer Liqada qalmaq şanslarını necə dəyərləndirirsən?

Eşitdiyimə görə Premyer Liqada gələn mövsüm klub sayı artacaq. Əgər belə olsa mənim fikrimcə klubumuz çempionatda qala bilər. Əgər belə olmasa da fikrimcə biz öz gücümüzə də çempionatda qala bilərik.

– Səncə Azərbaycan Premyer Liqasında oynamaqla Avropanın daha güclü klublarına keçmək mümkündümü?

Bəli, Azərbaycan Avropa ölkəsi olduğu üçün İrana nisbətən burda inkişaf etmək daha rahatdı. Burda yaxşı oynamaqla Avropa klublarına keçmək daha rahatdı.

– Azərbaycan və İran çempionatlarındakı azarkeşlərin fərqi nədədi?

Fərq çoxdu, hətta mən deyərdim İranın əsas liqası yox, 1-ci liqası da yox, hətta 2-ci liqasının hansısa matçına Azərbaycan Premyer Liqasındakı oyuna nisbətdə daha çox azarkeş gəlir. Təsəvvür edin təkcə İranın əsas liqasındakı derbi oyununa 120 min azarkeş gəlir. Ancaq mən burdakı derbi oyunlarda bunu görməmişəm.

Nurlan Cəfərov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43