23 Sentyabr 2024
Dünya futbolu

İranlı futbolçu Premyer Liqa klubuna keçə bilər

“Tottenhem” Mehdi Taremi üçün “Portu”ya 24 milyon avro təklif edib.

İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya klubu bunu qəbul etməyib, iranlı hücumçu üçün 30 milyon avro tələb edib. Tərəflər arasında danışıqlar davam edir.

Taremi 2020-ci ildən “Portu”da çıxış edir. O, bu müddətdə 147 oyuna 80 qol vurub və 49 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43