16 Sentyabr 2024
Ölkə futbolu

İranlı hücumçu MOİK-də

“Araz Saatlı” iranlı hücumçu Elşən Sabbağini mövsümün sonuna qədər MOİK-ə icarəyə verib.

İdmanxeber.az məlumat verir ki, o, bu günə qədər Saatlı klubunun heyətində 8 oyunda forma geyinib və 1 qol vurub.

Saatlı təmsilçisi Elşənə göstərdiyi xidmətlərə görə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43