Milli komanda

İrlandiya – Azərbaycan oyununun vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, martın 27  Dublinin “Talla” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, 5 oyuna 1 xal toplayan millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43