Kateqoriyasız

İrlandlar təşviş içindədi: “Qarabağ” bizim qanımızı içəcək”

“Biz matça ciddi hazırlaşacağıq. “Qarabağ”la Bakıdakı görüş mənim məşqçilik karyeramda ən çətin oyun, qarşımda duran ən ağır vəzifə olacaq. Təsəvvür edirəm ki, stadionda 30-35 min azarkeş olacaq. Bu, həqiqətən qisas oyunu kimi bir matç olacaq. Rəqib bizim qanımızı içmək istəyəcək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Linfild”in baş məşqçisi Devid Hili deyib.

Təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Bilirik ki, nəyə görə oynayacağıq. Ümid edirəm, istədiyimiz nəticəni qazanacağıq. Amma “Qarabağ”dan gözlənti çoxdur və onlar matçın favoriti olacaqlar”.

Xatırladaq ki, “Linfild” ilk matçda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəlib. Bu komandaların təkrar qarşılaşması avqustun 29-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43