Dünya futbolu

İsveçrəli hücumçu “Yuventus”la anlaşdı

Qadınlardan ibarət “Aston Villa” komandasının hücumçusu Alişa Lemann tezliklə “Yuventus”la müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı İsveçrə millisinin futbolçusu transfer öncəsi tibbi müayinədən keçmək üçün Turinə gəlib. 

Lemann 2021-ci ildən İngiltərə klubunda çıxış edir. O, əvvəllər “Yanq Boyz”, “Vest Hem” və “Everton”da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43