Dünyadan

İŞİD Olimpiya Stadionunu partlatdı

İŞİD terrorçuları İraqın Anbar əyalətindəki Olimpiya Stadionunu partladıblar.

İdmanxeber.com-un “BBC”yə istinadən məlumatına görə, insident Ər-Ramadi şəhərində baş verib.

Terrorçular stadionun yerləşdiyi rayonu tərk etməmişdən öncə ora 3,5 tonluq partlayıcı qoyublar. Partlayış nəticəsində bütöv arena binəsinədək dağıdılıb.

Qeyd edək ki, Ər-Ramadi İŞİD terrorçuları tərəfindən mayın ortalarında işğal olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43