Dünya futbolu

İsko 2022-ci ilə qədər “Real”da

“Real” futbolçusu İsko ilə bu yay yeni müqavilə imzalayacaq.

Bununla bağlı 25 yaşlı oyunçunun agenti Pako Alarkonla “Real” nümayəndələri arasında ilkin danışıqlar olub. İsko ilə 5 illik yeni müqavilə imzalamaq barədə razılıq əldə olunub.

İspan yarımmüdafiəçinin yeni müqavilə ilə illik maaşının iki dəfə artacağı gözlənilir. Bu isə o deməkdir ki, İsko ilinə təxminən 6 milyon avro qazanacaq.

Qeyd edək ki, İsko bu mövsüm La Liqada 26 oyunda 9 qol vurub, 5 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43