16 Sentyabr 2024
Dünya futbolu

İsko İspaniyalı klubu ilə müqavilə yenilədi

“Betis”in yarımmüdafiəçisi İsko komanda ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı ispaniyalının yeni müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

İsko bu ilin iyul ayından “Betis”də çıxış edir. O, komandanın heyətində bütün yarışlarda 23 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43