Dünya futbolu

İsko: “Ronaldonu axtarmırıq”

İspaniyalı futbolçu “Real”dan ayrılan Kristiaonu Ronaldo barəsində açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, “Real Madrid”in ulduz futbolçusu İsko ölkə mətbuatına açıqlama verib. O, komandadan ayrılan Ronaldo barəsində danışıb:

“Ronaldo möhtəşəm oyunçudu. Onun “Real Madrid”də etdiklərini hər kəs bilir. Ancaq hazırda başqa klubda oynayır. Ona gələcək karyerasında uğurlar arzulayıram.

“Atletiko”ya məğlub olduqda hər kəs onsuz çətin olacağını söyləyirdi. Yəqin ki, hər məğlubiyyətdən sonra belə fikirlər olacaq. Lakin biz hazırda çox yaxşı çıxış edirik. Və deyə bilərəm ki, Ronaldonu axtarmırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43