İdman

İSLAMİADA: Futbol yarışlarında ilk yarımfinalçılar müəyyənləşdi

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında ilk yarımfinalçılar müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “AZAL Arena”da Oman millisi Əlcəzair yığması ilə qarşılaşıb.

Moldovalı baş hakim Andrey Çebanın idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Bayıl Arena”da təşkil olunan digər oyunda isə Türkiyə və Fələstin yığmaları üz-üzə gəliblər. Matç Türkiyə millisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 7 xal olan Əlcəzair millisi “B” qrupunun lideri kimi yarımfinala vəsiqə qazanıb. Oman millisi (5 xal) qrup ikincisi kimi mərhələ adlayıb. Türkiyə 3 xalla üçüncü, Fələstin isə 1 xalla sonuncu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43