İdman

İslandiya ilə oyunöncəsi Türkiyənin heyətində ciddi itki

DÇ-2018-in seçmə mərhələsində Ukrayna ilə qarşılaşmadan 2-2 hesablı bərabərliklə ayrılan qarşılaşmanın səhəri Türkiyə millisi üçün pis xəbərlə açılıb.

İdmanxeber.com xəbər verir ki, “Qalatasaray”lı futbolçu Hakan Baltanın müayinədən sonra millinin heyətindən kənarlaşdırılmasına qərar verilib.

33 yaşlı futbolçunun İslandiyaya getməyəcəyi, klubunda müalicəsini davam etdirəcəyi bildirilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43