Dünya futbolu

İslandiya prezidenti azarkeşlərlə birgə komandanı dəstəkləyəcək

İslandiyanın yeni seçilən prezidenti Qudni Yohanesson milli komandanı dəstəkləmək üçün Fransaya yola düşüb.

İdmanxeber.com-un İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, cənab Yohanesson Fransa – İslandiya 1\4 final matçını azarkeşlərlə eyni tribunadan izləyəcək.

Buna səbəb kimi o, bunları deyib:”Mən niyə VİP otağımda oturub şampan içməliyəm ki? Bunu dünyanın hər hansı bir yerində də edə bilərəm. Mən İslandiya millisinin formasını geyinib azarkeşlərlə eyni tribunada oturacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43