Dünya futbolu

İslandiyanın baş məşqçisi Qurban Qurbanovun qərarından narazıdır

İslandiyanın baş məşqçisi Erik Hamreni ölkə mətbuatına müsahibə verib. 61 yaşlı isveçli mütəxəssis yığmada yer alan oyunçuların davamlı oynamamasından şikayətlənib. O,  “Dijon”da forma geyinən Aleks Runnarsson və “Qarabağ”da çıxış edən Hannes Halldorson barəsində də danışıb:

“Halldorsson bir müddətdir oynamır. Aleks də son oyunlarda ehtiyatda qalır. Ümid edirəm ki, onlarla bağlı vəziyyət dəyişəcək. Çünki hər ikisi milli komanda üçün vacib oyunçulardır və daim meydanda olmalıdırlar. Təbii ki, bundan narazıyam. İnanıram ki, oynamağa başlayacaqlar”.

Halldorsson bu mövsümün əvvəlində Danimarkanın “Randers” klubundan “Qarabağ”a keçib. O, sonuncu dəfə ötən ilin noyabr ayında Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Sportinq”lə Bakıdakı oyununda (1:6) Ağdam klubunun qapısını qoruyub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Daniel Gomez 21 kiloqram narkotiklə yaxalandı

admin

“Bavariya” “Tottenhem”i biabır etdi – Video

admin

AVRO-2020: İtaliya final mərhələsində, İspaniyadan çətin qələbə

admin