Ölkə futbolu

İsmail Köybaşı: “Fənərbağça”dan üzr istəyirəm”

“Fənərbağça” “Beşiktaş”ın müqaviləsini yeniləmədiyi futbolçu İsmail Köybaşını rəsmən heyətinə cəlb etdi.

İdmanxeber.com-un məlumatına görə, imza günü artıq “Fənərbağça”nın uğuru üçün çalışacağını vurğulayıb:

“Karyeramı müsbət şəkildə davam etdirmək istəyirəm. Bir qərar verdim və mənə sahiblənməyə çalışan “Fənərbağça”nı seçdim. Taktikamız nə olursa, olsun bu komandanın uğuru üçün çalışacam. Gözəl bir rəqabət mühiti olacaq”.

Jurnalistlərin ona “Beşiktaş”la çempionluq zamanı “sarı lacivərtlilər” əleyhinə təzahürat etməsiylə bağlı sualı belə cavablandırıb:

“Belə bir görüntü içərisində olduğum üçün üzgünəm. Futbolçu olaraq bəzən istəmədiyiniz hərəkətləri edirsiniz. “Fənərbağça” azarkeşləri məndən inciyiblər bilirəm. Buna görə də, onlardan üzr istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43