29 Sentyabr 2020
Kateqoriyasız

İspan məşqçidən “Qarabağ”a Ovusu ilə bağlı XƏBƏRDARLIQ

İspaniyanın “Kordoba” klubunun baş məşqçisi Raul Aqne qanalı hücumçu Ovusu Kvabenanın “Qarabağ”a keçidini şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, o, futbolçudan narazılığını ifadə edib.

 “Ovusu artıq komandamızı tərk edib. O, bizim klubda olmaq istəmədi. Mənə də elə bir futbolçu lazım deyil. Hətta dedi ki, “bir komanda var, daha yüksək pul verir və bu, mənə hər şeydən vacibdir. Bu şansı qaçırmaq istəmirəm”. Ona Azərbaycanda uğurlar arzulayıram. Amma “Qarabağ” Ovusunun timsalında onu nə gözlədiyini bilmir”.

Xatıradaq ki, Ağdam klubu bu həftə Kvabena ilə 3,5 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

16 il penta-triksiz: Hüseynovdan Kərimova qədər

admin

Pavel Hapal: “İlk hissədə Azərbaycan millisi yaxşı oynamadı”

admin

Millimizin üzvləri karantin günlərini necə keçirirlər? – Açıqlamalar

admin