Dünyadan

İspaniya Futbol Federasiyası komandaya verəcəyi mükafatın məbləğini açıqladı

Dünya çempionatının startına 1 həftə qalmış İspaniya Futbol Federasiya (İFF) qazanılacaq uğura görə, futbolçularına veriləcək mükafatın məbləğini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, əgər İspaniya millisi çempion olsa o zaman məşqçi və futbolçuların hər biri 720 min avro qazanacaq.

1/4 final üçün 72 min, 1/2 final üçün 180 min, final oyununda iştiraka görə isə 360 min avro mükafat vəd edilib.

Qeyd edək ki, çempionluğa vəd olunan mükafat dörd il əvvəl birincilikdə əldə olunan məbləğdən 120 min avro çoxdu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43