Dünyadan

İspaniya La Liqasında yeni mövsümün püşkü atıldı

İspaniya La Liqasında 2018/2019 mövsümünün püşkü atılıb.

İdmanxeber.com-un La Liqanın “Tvitter” səhifəsinə istinadən yaydığı xəbərə görə, ilk turun oyunları 18-19 avqust tarixlərində keçiriləcək.

Birinci turda aşağıda adları qeyd olunan komandalar üz-üzə gələcək:

“Atletik” (Bilbao) – “Leganes”

“Betis” – “Levante”

“Selta” – “Espanyol”

“Eybar” – “Ueska”

“Jirona” – “Valyadolid”

“Rayo Valekano” – “Sevilya”

“Barselona” – “Alaves”

“Valensiya” – “Atletiko” (Madrid)

“Real” (Madrid) – “Hetafe”

“Vilyarreal” – “Real Sosyedad”

Mövsümün ilk “El-Klassiko”su 10-cu turda oktyabrın 28-i “Nou Kamp”da keçiriləcək. “Real” və “Barselona” arasında ikinci görüş isə 26-cı turda martın 3-ü “Santyaqo Bernabeu”da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43