Kateqoriyasız

İspaniya məhkəməsi Ronaldonun təklifini rədd etdi

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo vergidən yayınmaqla ittiham olunur.

Bununla bağlı sabah Madriddə hakim qarşısına çıxmağa hazırlaşan ulduz futbolçunun məhkəmədən özəl bir tələbi olub. Belə ki, 34 yaşlı futbolçu mətbuat nümayəndələrindən uzaq qalması üçün məhkəməyə giriş qapısından yox, yeraltı girişi olan qarajdan istifadə etməyi xahiş edib. Ancaq portuqaliyalının bu təklifi məhkəmə orqanları tərəfindən rədd edilib. Hakim Juan Pablo Qonzales heç kimə xüsusilik tanımayacaqlarını bildirərək, bunun mümkün olmayacağını qeyd edib.

Qeyd edək ki, prokurorluq Ronaldonun 18,2 milyon avro cərimələnib və iki il də həbs edilməsinə tələb edir. Ronaldonun isə məhkəmə ilə razılaşıb yalnız pul cəzası ilə qurtulacağı bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43