Dünya futbolu

İspaniya millisi üçün şad xəbər

İspaniya millisinin hücumçusu Dieqo Koşta zədədən qurtulub.

İdmanxeber.com-un məlumatına görə, ötən gün açıqlama verən “Atletiko”nun forvardı zədədən tamamilə qurtulduğunu və özünü çox yaxşı hiss etdiyini bildirib.

“Özümü çox yaxşı hiss edirəm. Dünya çempionatında hansısa problem yaşmayacağımı düşünürəm. Hollandiyaya qarşı oynayacağımız üçün bir az həyəcanlıyam, amma bu da keçəcək. Daha öncə söylədiyim kimi, burada hər kəs mənə yaxşı davranır”.

Qeyd edək ki, fovard 2013-2014 mövsümündə “Atletiko” forması ilə meydana çıxdığı 35 oyunda 27 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43