Kateqoriyasız

İspaniya millisinin müdafiəçisi zədələndi

İspaniya millisinin futbolçusu Xose Luis Qayya DÇ-2022-ni buraxmaq təhlükəsi ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, “Valensiya”nın müdafiəçi zədə alıb. Bu üzdən 27 yaşlı futbolçunun Qətərdəki mundiala qatılması sual altına düşüb.  Müdafiəçini “Barselona”nın 19 yaşlı üzvü Alexandro Balde əvəzləyə bilər.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43