Kateqoriyasız

İspaniya millisinin sabiq üzvü “Qarabağ”da – Rəsmi

“Qarabağ” Qaspar Panadero Zamoranın keçidini rəsmiləşdirib.

İdmanxeber.az-in məlumatına görə, Ağdam klubu ispaniyalı futbolçu ilə 3 illik müqavilə imzalayıb.

23 yaşlı vinger komandada 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, o, İspaniyanın “Almeriya”, “Kadis”, “Ponferradina” klublarında çıxış edib. Qaspar Zamora İspaniyanın U-18 və U-19 yığmalarının üzvü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43