Dünyadan

İspaniya millisinin və “Liverpul”un sabiq üzvü Rusiya klubunda

Rusiyanın “Tom” klubu İspaniya millisi və “Liverpul”un keçmiş futbolçusu Albert Rieranı heyətinə qata bilər.

İdmanxeber.com-un məlumatına görə, 34 yaşlı futbolçu hazırda Tomsk komandasının düşərgəsində məşq edir.

“Tom”un idman direktoru bu barədə verdiyi açıqlamada futbolçunun komandanın heyətində çıxış edəcəyini vurğulayıb.

“Onun tarixcəsi adidir. O, Rusiyadan olan qızla evlənib və hazırda Krasnoyarskda yaşayır. Biz onunla qışda tanış olduq. Albert yüksək keyfiyyətlərə malik futbolçudur. Yaşına baxmayaraq komandaya yardım edə bilər və iştirak ərizəsinə salınacaq”, – deyə idman direktoru bildirib.

Xatırladaq ki, Riera karyerası ərzində “Malyorka”, “Bordo”, “Espanyol”, “Mançester Siti”, “Olimpiakos”, “Uotford”, “Qalatasaray”, “Udineze” kimi  komandalarda çıxış edib.

2007–2009 illərində İspaniya millisinin heyətinə dəvət olunan futbolçu 16 oyunda 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43