Dünya futbolu

İspaniyalı “Barselona”nı tərk edir

“Barselona”nın müdafiəçisi Jordi Alba mövsümün sonunda komandanı tərk edəcək.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçinin gedişi ilə bağlı yaxın vaxtlarda rəsmi açıqlama veriləcək. İspan futbolçu “Barselona”nın yetirməsidir.

 O, kataloniyalıların heyətində 458 oyuna çıxıb, 27 qol vurub və 99 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43