Dünya futbolu

İspaniyalı “Barselona”ya 20 milyon qazandıra bilər

“Barselona”nın futbolçusu Ferran Torres karyerasını İngiltərə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçunun xidmətində “Nyukasl” klubu maraqlıdı. Premyer liqa təmsilçisi Kataloniya təmsilçisinə oyunçuya qarşılıq 20 milyon avro ödəməyə hazırdı.

Torres 2022-ci ilin yanvar ayında “Mançester Siti”dən “Barselona”ya keçib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43