08 Sentyabr 2024
Ölkə futbolu

İspaniyalı futbolçu “Qarabağ”la vidalaşdı: “Səviyyəmi göstərmək istədim”

“Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl inanılmaz “Qarabağ” azarkeşləri, vida vaxtı gəldi. Kluba və komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərə isə dərin minnətdarlığımı bildirirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Qarabağ”ln futbolmusu Qaspar Panadero sosial şəbəkə hesabından yazıb. 26 yaşlı yarımmüdafiəçi az şans qazandığını deyib:

“Daha çox şans əldə etməyə çalışdım, amma futbol bəzən belə işləyir. Həqiqətən də səviyyəmi nümayiş etdirmək istərdim. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.

“Qarabağ”a 2021-ci ilin yayında İspaniyanın “Kadis” klubundan keçən Qaspar Panadero Ağdam klubunun heyətində Premyer Liqada cəmi 4 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43