Dünya futbolu

İspaniyalı futbolçu “Real”da

“Rayo Valyekano”nun müdafiəçisi Fran Qarsiya “Real”la müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı ispaniyalı ilə 4 illik sözləşmə imzalanıb. Qarsiya “Real”ın yetirməsidir və 2013-20-ci illərdə klubun gənclər komandasında çıxış edib.

Qarsiya ötən mövsüm La Liqada 38 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43