Premyer Liqa

İspaniyalı Lənkəranda meydana çıxa bilməyəcək

“Bakı” “Xəzər Lənkəran”la oyun öncəsi ciddi itki ilə üzləşib.

İdmanxeber.com saytının məlumatına görə, “zolaqlılar”ın ispaniyalı müdafiəçisi Alvarze Abrante “ağ-yaşıllar”la “Fırtınalar meydanı”nda keçiriləcək bu oyunu buraxmalı olacaq. Buna səbəb 32 yaşlı futbolçunun dünən “Neftçi” ilə keçirilən oyunda aldığı sarı katla cəzalı duruma düşməsi olub. Bunu saytımıza klubun mətbuat xidmətindən də bildiriblər. Bundan əlavə Şəhriyar Əliyev və Elvin Əliyevin də zədəsi sağalmayıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Bakı” oyunu fevarlın 19-u keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43