Kateqoriyasız

İsrail millisinin sabiq üzvü Azərbaycan klubunda!

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir utbolçu ilə güclənir.

İdmanxeber.az-ın məlumatına görə, İsrailin “Hapoel” klubun yarımmüdafiəçisi Əmir Ağayev karyerasını “Sumqayıt”da davam etdirəcək. 27 yaşlı hücumameyilli oyunçunun tibbi müayinədən keçdikdən sonra 1,5 illik müqavilə imzalaması gözlənilir. İsrailin aşağı yaş millisinin sabiq üzvü Tel-Əviv klubundan ayrılaraq ölkəmizə gəlib.

Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində buna qədər Rəşad Əzizli, Adil Nağıyev, Aydın Bayramov, Peyman Babayi və Peyman Keşavarzı heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43